Azərbaycanda hibrid təhsil modeli tətbiq edilən məktəblərin sayı 48-ə çatdırılacaq
Ötən tədris ilində 8 təhsil müəssisəsində hibrid təhsil modeli tətbiq edilib.
Crossmedia.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov təhsil işçilərinin sentyabr konfransında deyib.
O qeyd edib ki, bu model nəticəsində ucqar kənd məktəblərinin pedaqoji kadr təminatı ən yüksək səviyyədə həyata keçirilib:
"Bu model çərçivəsində kadr təminatı mümkün olmayan məktəblərdə yüksək nəticələri ilə seçilən müəllimlər distant təhsil vasitəsilə həmin məktəblərdə onlayn formada tədrisə cəlb edilir. Yeni tədris ilindən etibarən belə məktəblərin sayı 48-ə çatdırılacaq".
10:51 11.09.2026
Oxunuş sayı: 51