Livanın cənubunda gərginlik yenidən alovlandı
İsrailin hava zərbələri, artilleriya atəşləri və güclü partlayışlar Livanın cənubundakı bir neçə ərazidə qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, Mansuri, Haris-Hadata və Nabatiyə bölgələri İsrailin zərbələrinə məruz qalıb.
Hücumların ABŞ-nin vasitəçiliyi ilə Livan və İsrail arasında əldə olunan razılaşmanın davam edən pozuntuları fonunda həyata keçirildiyi bildirilir. Məlumata görə, iyunun 26-da əldə olunan çərçivə razılaşmasından sonra Livanda İsrail tərəfindən təxminən 7 700 pozuntu qeydə alınıb.
10:38 11.09.2026
Oxunuş sayı: 52