Ukraynanın qarşısına yeni tələblər qoyulduğu açıqlanıb
Ukrayna Ali Radasının deputatı Dmitri Mikışa ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ liderinin kürəkəni Cared Kuşnerin Kiyevə “kapitulyasiya şərtləri” gətirdiyini iddia edib.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə Dmitri Mikışanın “Superpozisiya” YouTube kanalında səsləndirdiyi fikirlərə istinadən məlumat yayıb.
Mikışanın sözlərinə görə, Uitkoff və Kuşnerin Ukraynaya səfəri ilə eyni vaxtda Kiyevin qarşısında yeni şərtlər səsləndirilib. Deputat bu tələblərin mahiyyət etibarilə “kapitulyasiya şərtləri” olduğunu bildirib.
O, ABŞ prezidentinin nümayəndələrinin Moskvaya yeddi dəfə, Kiyevə isə yalnız bir dəfə səfər etməsini də tənqid edib.
Məlumata görə, yeni şərtlər arasında Ukrayna Konstitusiyasına dəyişiklik edilməsi və bəzi ərazilərin Rusiyaya məxsusluğunun tanınması ilə bağlı tələblərin olduğu iddia edilir. Uitkoff və Kuşner sentyabrın 6-da Kiyevə səfər edib, bundan bir gün əvvəl isə Rusiya Prezidenti Vladimir Putinlə görüşüblər.
11:58 10.09.2026
Oxunuş sayı: 47