Ermənistan və Fransa əməkdaşlığı yeni mərhələyə keçir
Ermənistanın baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron Parisdə iki ölkə arasında münasibətlərin inkişafı və əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə ediblər. Görüş Yelisey sarayında keçirilib.
Crossmedia.az xəbər verir ki, “Ermənistan hökuməti” bu barədə məlumat yayıb.
Görüşdə tərəflər Ermənistan-Fransa münasibətlərinin bütün istiqamətlər üzrə daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. Həmçinin Barguşat tunelinin tikintisinin məzmunlu mərhələyə keçməsindən məmnunluq ifadə olunub.
Paşinyan Ermənistanın Fransa ilə kosmik sahədə daha konkret əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Tərəflər regionda gedən prosesləri də müzakirə edib, sülhün möhkəmləndirilməsinə yönəlmiş addımların ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini qeyd ediblər.
09:46 10.09.2026
Oxunuş sayı: 58