Ötən tədris ilində Azərbaycanda 120-yə yaxın ölkədən əcnəbi tələbə təhsil alıb
Azərbaycan ali təhsil müəssisələrində 2025–2026-cı tədris ilində dünyanın 120-yə yaxın ölkəsindən əcnəbi tələbə təhsil alıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycanı təhsil üçün seçən tələbələrin coğrafiyası Asiya və Afrika ilə məhdudlaşmayıb. Türkiyə, Çin, Hindistan, Nigeriya, Pakistan, Somali, Uqanda və Ruanda ilə yanaşı, Böyük Britaniya, Almaniya, Niderland, Bolqarıstan, Latviya və Litva kimi Avropa ölkələrindən, həmçinin ABŞ, Kanada, Meksika və Kolumbiyadan olan gənclər də Azərbaycan universitetlərində təhsil alıblar.
Cari tədris ili üçün də dünyanın müxtəlif regionlarından olan tələbələr Azərbaycan ali təhsil müəssisələrinə qəbul olunur və ölkəyəə gəlirlər.
09:19 10.09.2026
Oxunuş sayı: 47