ABŞ-Kanada ticarət müharibəsi kəskinləşir
ABŞ Prezidenti Donald Tramp Kanadaya qarşı ticarət məhdudiyyətlərini genişləndirərək tariflərdən əlavə yeni idxal qadağaları tətbiq etməyə hazırlaşır.
Crossmedia.az xəbər verir ki, ABŞ tərəfi bu barədə məlumat yayıb.
Vaşinqton Kanadadan bəzi spirtli içkilərin, süd məhsullarının və motosikletlərin idxalını qadağan edəcək. Həmçinin 50 faizlik gömrük rüsumlarına cəlb olunan Kanada məhsullarının siyahısına dəyişiklik ediləcək.
İdxal qadağaları sentyabrın 29-dan, tariflərlə bağlı dəyişikliklər isə sentyabrın 15-dən qüvvəyə minəcək.
Donald Tramp qərarı 1930-cu il Tariflər Qanununun 338-ci maddəsi ilə əsaslandırıb. ABŞ prezidenti Kanadanın Amerika ticarətinə qarşı ayrı-seçkilik siyasətini davam etdirdiyini bildirib.
Yeni tədbirlər Kanadanın ABŞ-dan idxal olunan təxminən 27,6 milyard dollar dəyərində məhsula cavab tarifləri tətbiq etməsindən sonra açıqlanıb.
23:08 09.09.2026
Oxunuş sayı: 42