İsrail prezidentindən sanksiyalarla bağlı sərt açıqlama
İsrail Prezidenti İsxak Hersoq Böyük Britaniya və ya digər ölkələr tərəfindən tətbiq ediləcək sanksiyaların ciddi səhv olacağını bildirib.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Hersoqun sözlərinə görə, belə sanksiyalar suveren dövlətin demokratik seçkilərinə kobud müdaxilə demək olacaq.
İsrail Prezidenti sanksiyaların mövcud problemlərin həlli olmadığını vurğulayıb. O, bunun əvəzinə dialoqun aparılmasının vacibliyini qeyd edib.
Hersoq xarici hökumətləri sanksiya və boykotlardan imtina etməyə, konstruktiv dialoq və əməkdaşlığa üstünlük verməyə çağırıb.
Onun sözlərinə görə, fikir ayrılıqlarının aradan qaldırılması üçün qarşılıqlı anlaşmaya və əməkdaşlığa əsaslanan yanaşma daha səmərəli ola bilər.
18:59 08.09.2026
Oxunuş sayı: 49