Lavrov: Bu, əsl müharibənin başlanğıcıdır
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Leypsiqdə baş verən pilotsuz uçuş aparatı insidenti ilə bağlı Rusiyaya qarşı səsləndirilən ittihamları “əsl müharibənin başlanğıcı” kimi qiymətləndirib.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə məlumat yayıb.
Lavrovun sözlərinə görə, hadisə ilə bağlı dronun Rusiya istehsalı olduğu bildirilib və məsələ araşdırılmadan Rusiyaya qarşı ittihamlar səsləndirilib.
“Rusiya dronudur dedilər, heç kim araşdırmağa başlamadı. Bu, böyük mənada belə bir əsl müharibənin başlanğıcıdır”, – deyə Lavrov bildirib. Nazir əlavə edib ki, Almaniya tərəfi hadisədən sonra Berlindəki Rusiya Evinin və Bonndakı Baş Konsulluğun bağlanması barədə qərar qəbul edib.
15:44 06.09.2026
Oxunuş sayı: 48