Avrokomissar: Putin vəziyyəti gərginləşdirir
Avropa Komissiyasının müdafiə və kosmos məsələləri üzrə komissarı Andryus Kubilyus Rusiya-Ukrayna müharibəsi ilə bağlı sərt açıqlama verib.
Crossmedia.az xəbər verir ki, Kubilyus bu barədə öz “X” sosial şəbəkəsində yazıb.
O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin vəziyyəti gərginləşdirir və Ukrayna tərəfi buna eyni şəkildə cavab verir.
“Putin müharibəni özü Rusiyaya daşıdı. Məhz beləliklə o, Rusiyadakı neft emalı zavodlarının əksəriyyətinin sıradan çıxmasına və beynəlxalq uçuşların ləğvinə nail oldu. İndi isə KQB pilotsuz uçuş aparatının onların ofislərinə nə vaxt çırpılacağını gözləməli olacaqlar”, – deyə avrokomissar bildirib.
15:13 06.09.2026
Oxunuş sayı: 56