Azərbaycanın “Neftçi SOCAR”ı finala qələbə ilə başladı
3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası FIBA Qadınlar Seriyasının mövsüm finalına qələbə ilə başlayıb.
Crossmedia.az xəbər verir ki, Azərbaycan təmsilçisi Çinin Şanxay şəhərində keçirilən yarışın qrup mərhələsində qarşılaşdığı Fransa seçməsini 17:15 hesabı ilə məğlub edib.
Komanda bu gün müvafiq olaraq saat 14:50-də Niderland, 16:55-də isə Almaniya seçmələri ilə üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan təmsilçisi ötən il Şanxayda keçirilən FIBA Qadınlar Seriyasının mövsüm finalını ikinci pillədə başa vurub.
13:12 05.09.2026
Oxunuş sayı: 43