Dələduzluqda ittiham olunan zabit azadlığa buraxılıb
Hərbi Dəniz Qüvvələrinin hərbi hissələrindən birində şəxsi heyətin uçotu bölməsinin rəisi Şahin Kiçibəyov qulluq mövqeyindən istifadə edərək 20 min manatdan çox vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub.
Crossmedia.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsi onun barəsində 2 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarıb.
Daha sonra Bakı Apellyasiya Məhkəməsində hökmə verilən şikayətə baxılıb. Məhkəmə dəymiş ziyanın bir hissəsinin ödənilməsini, Şahin Kiçibəyovun himayəsində azyaşlı uşağının olmasını və Vətən müharibəsi veteranı olmasını nəzərə alıb.
Qərara əsasən, onun cəzası şərti hesab edilib və Şahin Kiçibəyov məhkəmə zalından azadlığa buraxılıb.
İttihama görə, Kiçibəyov Hərbi Dəniz Qüvvələrində xidmətə qəbul və xidmət yerinin dəyişdirilməsi ilə bağlı vədlər verərək 20 min manatdan çox vəsaiti dələduzluq yolu ilə ələ keçirib.
18:47 04.09.2026
Oxunuş sayı: 46