Budanov Zelenskiyə Donbasla bağlı xəbərdarlıq edib
Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov prezident Volodimir Zelenskiyə Rusiyanın Ukrayna ordusunun nəzarətində olmayan Donbas ərazilərində möhkəmlənməsinə imkan verəcək qərarlarla razılaşmamağı tövsiyə edib.
Crossmedia.az xəbər verir ki, “The New York Times” bu barədə məlumat yayıb.
Budanov bildirib ki, müharibənin başa çatdırılması üçün müəyyən addımlar atmağa hazırdır, lakin ərazilərin formal şəkildə itirilməsini qəbul etmir.
“The New York Times”ın məlumatına görə, 2026-cı ilin əvvəlində Əbu-Dabidə keçirilən danışıqlarda əsasən iki məsələ – Zaporojye Atom Elektrik Stansiyası və Ukraynanın nəzarətində qalan Donbas əraziləri müzakirə olunub.
Budanov danışıqların sentyabr ayında yenidən başlaya biləcəyini istisna etməyib. Onun fikrincə, atəşkəsin 2027-ci ilin yazından əvvəl əldə olunması gözlənilmir.
17:27 04.09.2026
Oxunuş sayı: 40