Qazaxıstana getmək istəyənlərin nəzərinə: giriş qaydaları dəyişdirilib
Qazaxıstan vizasız rejim tətbiq olunan ölkələrin, o cümlədən Rusiya vətəndaşlarının ölkəyə girişi üçün ödənişli elektron icazə sistemini tətbiq edir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, QazETA sistemi avqustun 25-dən sınaq rejimində fəaliyyətə başlayıb.
Noyabrın 1-dən hava yolu ilə gələnlər üçün, noyabrın 30-dan Rusiya və Qırğızıstanla sərhəd keçid məntəqələrində, dekabrın 15-dən isə dəmir yolu və dəniz keçidlərində icazə məcburi olacaq.
Müraciət səfərdən ən azı 72 saat əvvəl edilməlidir. İcazə 180 gün qüvvədə qalacaq və ölkəyə çoxsaylı giriş imkanı verəcək. İlkin rəsmiləşdirmə zamanı xidmətin qiyməti təxminən 3 900 tenge, sərhəddə isə 7 800 tenge olacaq.
Bu yenilik Rusiyada mümkün yeni səfərbərlik barədə yayılan şayiələr fonunda gündəmə gəlib.
21:15 01.09.2026
Oxunuş sayı: 42