Sosial şəbəkədəki təhlükəli trend can alıb
İrlandanın Kildare qraflığında oğurlanmış BMW-ni magistral yolda əks istiqamətdə idarə edən beş yeniyetmə oğlan qarşıdan gələn avtomobillə toqquşma nəticəsində həyatını itirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qəzada digər avtomobildə olan, hava limanına gedən bir ailənin üzvləri də ağır xəsarət alıb. İki yetkin şəxsin vəziyyətinin kritik olduğu bildirilib.
Hadisədən sonra ölən yeniyetmələrdən bəzilərinin sosial media hesablarında oğurlanmış avtomobillər, təhlükəli sürücülük və polis təqibindən qaçma görüntülərinin olduğu müəyyənləşib.
İrlandiyanın media tənzimləyicisi təhlükəli avtomobil sürmə ilə bağlı məzmunların platformadan silinməsi istiqamətində görülən tədbirləri araşdırmaq üçün TikTok-la əlaqə saxlayıb.
İrlandiyanın baş naziri hadisəni pisləyərək bildirib ki, bəzi şəxslər sosial şəbəkələrdə populyarlıq və bəyənmə qazanmaq üçün təhlükəli sürücülük hərəkətlərinə əl atırlar. Polis nümayəndələri isə gənclər arasında rəqib qrupların internetdə daha təhlükəli sürücülük görüntüləri paylaşaraq bir-birini geridə qoymağa çalışdığını vurğulayıblar.
TikTok isə açıqlamasında bu cür məzmunları diqqətlə izlədiyini və cinayət xarakterli davranışlarla bağlı təhlükəsizlik qaydalarını pozan hesabları davamlı şəkildə sildiyini bildirib.
01:35 01.09.2026
Oxunuş sayı: 58