İordaniya 8 raketi zərərsizləşdirib
İordaniya ordusu ölkənin hava məkanına daxil olan 8 raketin ələ keçirildiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, İordaniya Silahlı Qüvvələrinin yaydığı məlumata görə, hava hücumundan müdafiə sistemləri raketləri ölkə ərazisinə təhlükə yaratmadan məhv edib.
Ordu raketlərin ölkənin hava məkanını pozduğunu bildirib. Hadisə zamanı mülki əhali və obyektlərə zərər dəymədiyi qeyd olunub.
Hadisə ABŞ-İran arasında gərginliyin yenidən artdığı bir vaxtda baş verib. İran İslam İnqilabı Keşikçiləri Korpusunun İordaniyadakı ABŞ hərbi bazalarına zərbələr endirdiyini açıqlamasından sonra İordaniya tərəfi 8 raketin ələ keçirildiyini bildirib.
09:40 31.08.2026
Oxunuş sayı: 50