Ərdoğan Kiprdə gəmi qəzası ilə bağlı danışdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Girnə sahillərində Mersin istiqamətində hərəkət edən sərnişin gəmisinin çevrilməsi ilə bağlı açıqlama verib.
Crossmedia.az xəbər verir ki, Ərdoğan Milli Müdafiə Universitetində keçirilən Hərbi Məktəblərin Məzuniyyət və Bayraq Təhvil-Təslim mərasimində çıxışı zamanı hadisədən danışıb.
“Girnədən Mersinin Taşucu istiqamətində hərəkət edərkən çevrilən sərnişin gəmisi ilə bağlı millətimizə və Kipr türk xalqına keçmiş olsun diləklərimi çatdırıram. İtkinlərin tapılması üçün işlər fasiləsiz davam edir. İşlərdən müsbət xəbər almağı ümid edirik”, – deyə Ərdoğan bildirib.
20:17 30.08.2026
Oxunuş sayı: 59