Neft sponsorları müharibədən böyük gəlir əldə edir: ABŞ senatoru
ABŞ senatoru Elizabet Vorren prezident Donald Trampın İranla müharibəsinin neft sənayesinə fayda verdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, senator Elizabet Vorrenin rəsmi açıqlamasında bu barədə məlumat yer alıb.
Vorren bildirib ki, İranla müharibə fonunda neft qiymətlərinin və yanacaq xərclərinin artması iri neft şirkətlərinin gəlirlərinin yüksəlməsinə səbəb olub.
Senatorun sözlərinə görə, müharibənin yaratdığı iqtisadi şəraitdə neft sənayesi böyük gəlirlər əldə etdiyi halda, ABŞ vətəndaşları artan yanacaq qiymətləri ilə üzləşiblər. Uorren və senator Şeldon Uaythaus daha əvvəl də iri neft şirkətlərinin İran müharibəsi fonunda əldə etdiyi əlavə gəlirlərlə bağlı açıqlama vermişdilər.
09:52 30.08.2026
Oxunuş sayı: 56