Amerikalı jurnalist Trampın dərhal vəzifədən uzaqlaşdırılmasına çağırıb
Amerikalı jurnalist Taker Karlson ABŞ Prezidenti Donald Trampın nüvə silahından ilk istifadə imkanını nəzərdən keçirməsi ilə bağlı iddialara münasibət bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Karlson hesab edir ki, prezident nüvə silahından ilk istifadəni fəal şəkildə nəzərdən keçirirsə, o, dərhal vəzifəsindən uzaqlaşdırılmalıdır.
“Bu, qırmızı xətt olmalıdır. Niyə onun dərhal vəzifədən uzaqlaşdırılması üçün cəhd edilmir? Bu cür söhbətlərə dözən hər kəs, tərifə görə, vəzifəyə yararsızdır”, – deyə jurnalist bildirib.
23:30 29.08.2026
Oxunuş sayı: 65