Kanada rusiyalı keçmiş məmura qarşı sanksiyaları ləğv edib
Kanada hökuməti Rusiyanın keçmiş Rosnano rəhbəri Anatoli Çubaysı sanksiyalar siyahısından çıxarıb.
Crossmedia.az xəbər verir ki, müvafiq qərar hökumətin rəsmi nəşri olan ˝Canada Gazette˝-də dərc olunub.
Qərardan sonra Çubaysa qarşı tətbiq edilən iqtisadi məhdudiyyətlər qüvvədən düşüb və onun Kanada üçün arzuolunmaz şəxs statusu da aradan qaldırılıb.
Kanada Çubaysa qarşı sanksiyaları 2025-ci ilin iyununda tətbiq etmişdi.
18:50 29.08.2026
Oxunuş sayı: 50