Endometriozla bağlı yeni faktlar: bədəndə nələr baş verir?
Endometriozun yalnız reproduktiv sistemlə məhdudlaşmadığı, orqanizmin müxtəlif funksiyalarına təsir göstərə bildiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, Vogue bu barədə məlumat yayıb.
Məqalədə qeyd olunur ki, endometrioz dünyada təxminən hər 10 qadından birinə təsir edir. Xəstəlik xroniki ağrı, həzm problemləri, şişkinlik, əhval dəyişiklikləri, sızanaq, dəri piqmentasiyası və saç tökülməsi kimi müxtəlif problemlərlə müşayiət oluna bilər.
Mütəxəssislər endometrioz zamanı iltihabın idarə edilməsinin, balanslı qidalanmanın, stressin azaldılmasının və uyğun fiziki aktivliyin əhəmiyyətini vurğulayırlar. Bununla yanaşı, mütəxəssislər fərdi yanaşmanın vacibliyini və internetdə yayılan müalicə iddialarına ehtiyatla yanaşmağın zəruriliyini bildirirlər.
Qeyd olunur ki, endometriozun müalicəsi fərdi şəkildə müəyyənləşdirilməli və tibbi yanaşmalar həkim nəzarəti ilə seçilməlidir.
07:48 29.08.2026
Oxunuş sayı: 41