Suriya Prezidenti Dəməşqdə “Visa” kartı ilə ödəniş etdi
Suriya Prezidenti Əhməd əş-Şara Dəməşqdə restoranda “Visa” kartı ilə ödəniş edib.
Crossmedia.az xəbər verir ki, “Anadolu” bu barədə məlumat yayıb.
Ödəniş Suriyanın uzun illər davam edən sanksiyalardan sonra qlobal maliyyə sisteminə yenidən inteqrasiyası baxımından simvolik addım kimi qiymətləndirilir.
Məlumata görə, əməliyyat Dəməşqin qədim şəhər hissəsindəki restoranda həyata keçirilib. Suriyanın Mərkəzi Bankının rəhbəri Safvat Raslan da prosesdə iştirak edib.
“Visa” şirkəti də Suriya Mərkəzi Bankı və tərəfdaşları ilə birlikdə ölkədə beynəlxalq kart əməliyyatını sınaqdan keçirdiyini açıqlayıb.
15:32 27.08.2026
Oxunuş sayı: 54