Keçmiş səfir: Putin bizim dostumuz olmayacaq
ABŞ-nin Rusiyadakı keçmiş səfiri Maykl Makfol Rusiya Prezidenti Vladimir Putinin ABŞ ilə dostluqda maraqlı olmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, Maykl Makfol “Putin bizim dostumuz olmayacaq. O, amerikalılarla dostluqda maraqlı deyil. O, bizi düşmən kimi görür və ölkəsini məhv etməyə çalışdığımızı düşünür”, - deyə bildirib.
Makfol Putinin ABŞ haqqında “dərin dövlət səviyyəsində sui-qəsd nəzəriyyəsinə” sahib olduğunu da iddia edib.
12:09 27.08.2026
Oxunuş sayı: 76