Bu şəxslər barədə məlumat verin, 10 milyon dollar qazanın
ABŞ Dövlət Departamenti İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) beş yüksək vəzifəli şəxsi barədə məlumat verənlər üçün 10 milyon dollaradək mükafat təklif edib.
Crossmedia.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin “Rewards for Justice” proqramı bu barədə məlumat yayıb.
Mükafat təklif edilən şəxslər arasında SEPAH komandanı Əhməd Vahidi, Xatəmül-Ənbiya Mərkəzi Qərargahının rəhbəri Əli Abdullahi, SEPAH Aerokosmik Qüvvələrinin PUA komandanı Səid Ağacani, SEPAH-ın Kiber-Elektron Komandanlığının rəhbəri Həmid Rza Laşqaryan və SEPAH Kəşfiyyat İdarəsinin komandanı Məcid Xadəmi var.
ABŞ proqramı bu şəxslər barədə onların müəyyənləşdirilməsinə və ya yerinin aşkar edilməsinə kömək edə biləcək məlumatların təqdim edilməsini nəzərdə tutur.
10:54 25.08.2026
Oxunuş sayı: 70