Paşinyan: Yeni Konstitusiya layihəsi yaxın aylarda dərc olunacaq
Ermənistanın baş naziri Nikol Paşinyan yeni Konstitusiya layihəsinin mətninin yaxın aylarda ictimaiyyətə təqdim ediləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Paşinyan bu barədə açıqlama verib.
Paşinyanın sözlərinə görə, yeni Konstitusiya Ermənistanın 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad etməməlidir.
O bildirib ki, Ermənistan “Qarabağ Hərəkatı”nı davam etdirmək deyil, ona son qoymaq qərarını elan edib və ölkə vətəndaşları bu qərarı təsdiqləyiblər.
17:04 24.08.2026
Oxunuş sayı: 50