Belqorodda hücumlar nəticəsində 3 nəfər yaralanıb
Belqorod vilayətində Ukrayna Silahlı Qüvvələrinin hücumları nəticəsində üç nəfərin, o cümlədən 17 yaşlı qızın yaralandığı bildirilib.
Crossmedia.az ˝TASS˝a istinadən xəbər verir.
Bildirilib ki, hücumlar nəticəsində bölgədə bir neçə yaşayış məntəqəsi zərər görüb. Yaralanan şəxslərə tibbi yardım göstərildiyi qeyd olunub.
Rusiya daha əvvəl də Belqorod vilayətinin pilotsuz uçuş aparatları ilə hücumlara məruz qaldığını açıqlayıb.
23:25 22.08.2026
Oxunuş sayı: 45