Miqrant qayığı birbaşa İspaniya sahilinə çıxıb
İspaniyanın Mursiya vilayətində yerləşən La Manga Club yaxınlığındakı çimərliyə içərisində onlarla miqrant olan qayıq yaxınlaşıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Hadisə zamanı istirahət edənlər miqrantların sudan tullanaraq sahilə çıxdığını izləyiblər. Şahidlərin sözlərinə görə, bəzi turistlər baş verənlərdən şoka düşərək çimərliyi tərk etməyə başlayıb, digərləri isə polisə məlumat verib.
Hadisə ilə bağlı əlavə məlumatlar və miqrantların kimliyi barədə məlumat verilməyib.
18:11 20.08.2026
Oxunuş sayı: 55