Bodrumda meşə yanğını başlayıb
Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda meşə yanğını başlayıb. Yanğının söndürülməsi üçün əraziyə çox sayda texnika və hava vasitələri cəlb olunub.
Crossmedia.az xəbər verir ki, “Anadolu Ajansı” bu barədə məlumat yayıb.
Yanğın saat 12:30 radələrində Mumcular məhəlləsinin Çocuk Mezarı ərazisindəki meşəlik sahədə baş verib. Ərazidəki şəxslər alov və tüstünü görərək yanğınsöndürmə və meşə təsərrüfatı əməkdaşlarına məlumat veriblər.
Hadisə yerinə çox sayda yanğınsöndürən maşın, su çənləri və hava vasitələri göndərilib. Yanğının söndürülməsi istiqamətində işlər davam edir.
15:33 05.10.2026
Oxunuş sayı: 40