ABŞ Karib hövzəsində qayığa zərbə endirib
ABŞ ordusu Karib hövzəsində narkotik kartelinə məxsus olduğu bildirilən qayığa zərbə endirib, əməliyyat zamanı 4 nəfər ölüb.
Crossmedia.az xəbər verir ki, ABŞ Cənub Komandanlığı (SOUTHCOM) bu barədə məlumat yayıb.
SOUTHCOM-un açıqlamasına görə, Qərb Yarımkürəsi Birgə İşçi Qrupu tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik qaçaqmalçılığı ilə məşğul olduğu bildirilən qayıq hədəfə alınıb.
Açıqlamada kəşfiyyat məlumatlarının qayığın narkotik qaçaqmalçılığı fəaliyyətlərində aktiv istifadə edildiyini göstərdiyi qeyd olunub.
SOUTHCOM əməliyyat nəticəsində 4 “narko-terrorçunun” öldürüldüyünü bildirib.
13:43 05.10.2026
Oxunuş sayı: 46