Almaniya Ukraynaya milyonlarla avro ayırır — səbəb nədir?
Almaniya Ukraynada “Sənaye Ramşteyni” proqramının işə salınması üçün 30 milyon avro vəsait ayıracaq. Proqram Ukrayna müəssisələrinin Avropa avadanlıqlarına çıxışını və güzəştli maliyyələşməni nəzərdə tutur.
Crossmedia.az xəbər verir ki, “Forbes.ua” bu barədə məlumat yayıb.
Məlumata görə, proqramın ilkin maliyyələşdirilməsi Almaniya tərəfindən həyata keçiriləcək. Tərəflər oktyabrın 4-də Ukraynanın iqtisadiyyat naziri Aleksandr Kravçenkonun Almaniya İqtisadiyyat Nazirliyinin nümayəndələri ilə görüşündə “Sənaye Ramşteyni”nin pilot mərhələsini və gələcəkdə genişləndirilməsini müzakirə ediblər.
Kiyev proqramdan yalnız avadanlıqların yenilənməsi üçün deyil, həm də müəssisələrin texnoloji modernləşdirilməsi və Ukrayna ilə Almaniya şirkətləri arasında istehsal əlaqələrinin qurulması üçün istifadə etməyi planlaşdırır.
Bundan əlavə, Ukrayna zərər çəkmiş müəssisələrə ödənişləri 10 milyon dollara qədər artırmağı planlaşdırır. Kravçenkonun sözlərinə görə, Kiyev bu məqsədlə G7 ölkələrinin dəstəyinə və Almaniyanın xüsusi fondun yaradılmasında iştirakına ümid edir.
14:24 05.10.2026
Oxunuş sayı: 46