Fransada etirazlar böyüyür — hökumət ümummilli qarşıdurmadan ehtiyat edir
Fransanın ali təhsil naziri Filip Batist məktəbli və tələbələrin etirazlarının daha da genişlənərək ümummilli qarşıdurmaya çevrilə biləcəyindən narahat olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, “Le Figaro” bu barədə məlumat yayıb.
Nazir etirazların ölkə miqyasında böyüməsi ehtimalı ilə bağlı suala müsbət cavab verərək belə bir ssenaridən ehtiyat etdiyini qeyd edib. Fransada təxminən iki həftədir məktəblilər və tələbələrin iştirakı ilə aksiyalar və kütləvi iğtişaşlar keçirilir.
Etirazçılar müəllim çatışmazlığına, siniflərin həddindən artıq dolu olmasına, dərs cədvəllərinin sərtləşdirilməsinə və təhsil müəssisələrinin vəziyyətinin pis olmasına etiraz edirlər.
Fransanın milli təhsil naziri Eduar Jefre aksiyalar zamanı 24 təhsil müəssisəsinin dağıdıldığını açıqlayıb. “Le Figaro”nun oktyabrın 2-də yaydığı məlumata görə, həmin vaxt 600 etirazçı saxlanılıb. Jefre həmçinin məktəb etirazları başlayandan bəri 65 lisey əməkdaşının xəsarət aldığını, onların 40-nın təhsil müəssisələrinin direktoru olduğunu bildirib.
14:40 05.10.2026
Oxunuş sayı: 44