Braziliyada prezident seçkisi ikinci tura qaldı
Braziliyada prezident seçkisinin ilk turunda heç bir namizəd səslərin 50 faizindən çoxunu toplaya bilməyib və seçki ikinci tura keçib.
Crossmedia.az xəbər verir ki, “Agência Brasil” bu barədə məlumat yayıb.
Səslərin 99,99 faizdən çoxunun hesablanmasından sonra Jair Bolsonaronun oğlu Flavio Bolsonaro 47,03 faiz səslə ilk turu birinci, hazırkı prezident Lula da Silva isə 45,16 faiz səslə ikinci tamamlayıb.
İki namizəd arasında 2,2 milyondan çox səs fərqi olduğu bildirilir.
Heç bir namizəd 50 faizdən çox səs toplamadığı üçün seçkinin ikinci turu 25 oktyabrda keçiriləcək. İkinci turda Flavio Bolsonaro və Lula da Silva yenidən mübarizə aparacaq.
14:05 05.10.2026
Oxunuş sayı: 44