Netanyahu Türkiyəyə xəbərdarlıq etdi
İsrail Suriyada ölkə üçün təhlükə yarada biləcək Türkiyə hərbi mövcudluğuna dözməyəcək.
Crossmedia.az xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu açıqlamasında deyib.
“Suriyada İsraili təhdid edən Türkiyə hərbi mövcudluğuna dözməyəcəyik”, – deyə Baş nazir bildirib.
Netanyahu qeyd edib ki, İsrail Türkiyənin Suriyada hərbi mövcudluğunun genişlənməsinin qarşısını almaqla bağlı mesajını daha əvvəl açıq şəkildə çatdırıb. Onun sözlərinə görə, İsrailin xəbərdarlıqları nəzərə alınmadığı üçün tədbir görülüb.
Bu açıqlamalar İsrailin avqustun 18-də Suriyanın İdlib əyalətində yerləşən Əbu-əd-Duhur aviabazasına zərbələr endirməsindən sonra səslənib.
İsrail hücumu Türkiyə hərbçilərinin bazada yerləşdirilməsi ilə bağlı narahatlıqla əlaqələndirib. Türkiyə isə İsrailin bu iddialarını əsassız adlandırıb.
13:06 20.08.2026
Oxunuş sayı: 60