Mers Putinə müraciət etdi: Danışıqlara hazırıq
Almaniya kansleri Fridrix Mers Ukrayna üzrə sülh danışıqlarına hazır olduqlarını açıqlayaraq Rusiya Prezidenti Vladimir Putinə müraciət edib.
Crossmedia.az xəbər verir ki, “taz.de” bu barədə məlumat yayıb.
Mers bu açıqlamanı Kiyevə səfəri zamanı verib. O bildirib ki, Almaniya münaqişənin başa çatdırılması yollarını müzakirə etmək üçün danışıqlara hazırdır.
Kansler bununla yanaşı, hücumların dayandırılmasının vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, xüsusilə qışa hazırlıq dövründə infrastruktur obyektlərinə zərbələrin endirilməsinə son qoyulmalıdır.
Mers qeyd edib ki, danışıqlar yalnız “silahlar susduqdan” sonra mümkün ola bilər.
Almaniya kanslerinin Kiyevə səfəri çərçivəsində Ukraynaya yeni dəstək paketinin, o cümlədən hərbi yardım və enerji sektorunun bərpası üçün maliyyənin təqdim edilməsi də gündəmdə olub.
15:47 04.10.2026
Oxunuş sayı: 43