Respublika stadionunun 75 illiyinə həsr olunmuş matçda "Neftçi" qalib gəlib
Tofiq Bəhramov adına Respublika stadionunun 75 illiyi münasibətilə "Neftçi" (Azərbaycan) və Litvanın "Spartak" (Vilnüs) komandalarının veteranları arasında yoldaşlıq oyunu keçirilib.
Crossmedia.az-ın məlumatına görə, sözügedən arenada baş tutan qarşılaşma "Neftçi"nin 10:9 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, 1951-ci ildə stadionun açılışında bu iki komanda qarşılaşıb.
15:07 04.10.2026
Oxunuş sayı: 39