Süni intellektin adı dəyişir? Maskdan yeni təklif
Amerikalı sahibkar İlon Mask süni intellekt üçün istifadə olunan “İİ” qısaltmasından imtina etməyə və bundan sonra texnologiyanı “superintellekt” adlandırmağa çağırıb.
Crossmedia.az xəbər verir ki, “RİA Novosti” bu barədə məlumat yayıb.
Mask bu fikri ABŞ Prezidenti Donald Trampın sentyabrın sonunda dövlət qurumlarına sənədlərdə “süni intellekt” ifadəsinin əvəzinə “superintellekt” sözündən istifadə etməyi tapşırmaq niyyətini açıqlamasından sonra bölüşüb. Sahibkar bununla bağlı “X” sosial şəbəkəsində paylaşım edib.
Tramp isə texnologiyanın adının dəyişdirilməsini süni intellektin onun fikrincə, əslində “süni” olmaması ilə əsaslandırıb. O, bu dəyişikliyin rəsmi şəkildə həyata keçiriləcəyini bildirib.
14:33 04.10.2026
Oxunuş sayı: 44