Sürücülərə XƏBƏRDARLIQ: Sabah yollarda görünüş məsafəsi azalacaq
Azərbaycanın avtomobil yollarında oktyabrın 5-də müşahidə ediləcək vəziyyət açıqlanıb.
Bu barədə Crossmedia.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
15:34 04.10.2026
Oxunuş sayı: 52