Əkin sahələri ilə bağlı ciddi təhlükə yaranıb
Ukraynada əkin sahələrinin həcmi gələn il 35-40 faizədək azala bilər. Ölkənin kənd təsərrüfatı naziri Taras Vısotski kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı vəziyyətin “son dərəcə kritik” olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, “Politico” bu barədə məlumat yayıb.
Nazirin sözlərinə görə, Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracının yarısından az hissəsi hazırda Avropa üzərindən daşına bilir. Nəticədə ilin sonunadək təxminən 35 milyon ton məhsul ölkə daxilində qala bilər.
Vısotski bildirib ki, məhsulların alıcısız qalması fermerlərin gəlirlərini azaldır və onların növbəti əkin mövsümünə hazırlaşmasını çətinləşdirir. Əgər vəziyyət yazadək dəyişməsə, əkin sahələrinin 35-40 faizədək azalması mümkündür.
Daha əvvəl Polşa və Rumıniya Ukrayna taxılı və digər kənd təsərrüfatı məhsullarının tranzitini artırmaq imkanlarının olmadığını açıqlayıb. Ukrayna isə Avropa İttifaqından milyonlarla ton məhsulun ixracına kömək etməyi və artan logistika xərclərinin qarşılanması üçün 1,1 milyard avro ayrılmasını istəyib.
17:06 04.10.2026
Oxunuş sayı: 45