Almaniya Aİ-ni İsrail nazirinə sanksiya tətbiq etməyə çağırıb
Almaniyanın hakim koalisiya partiyalarından olan deputatlar İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə qarşı Avropa İttifaqının sanksiyalar tətbiq etməsini istəyirlər.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Bu çağırış Ben-Qvirin Qəzza ilə bağlı podkastda səsləndirdiyi fikirlərdən sonra gündəmə gəlib. Nazir Qəzzada hər gecə 30-40 nəfərin hədəf alınaraq öldürülməsinin həyata keçirilməli olduğunu bildirib.
Ben-Qvir bildirib ki, hədəfli öldürmələr yalnız birbaşa təhlükə yaradan şəxslərlə məhdudlaşmamalıdır. O, bəzi insanların yaşamağa layiq olmadığını və onların insan belə olmadığını iddia edib.
İsrailin ifrat sağçı “Yəhudi Gücü” partiyasının lideri olan Ben-Qvir bu fikirləri ötən şənbə yayımlanan podkastda səsləndirib.
Onun açıqlamaları Almaniya kansleri Fridrix Mertsin rəhbərlik etdiyi mühafizəkar düşərgənin də sərt reaksiyasına səbəb olub.
18:41 18.08.2026
Oxunuş sayı: 46