ABŞ-dən gözlənilməz hərbi addım – “Görünməz” təyyarələr üçün xüsusi plan
ABŞ Hərbi Hava Qüvvələri stels təyyarələrin xüsusiyyətlərini təqlid edə bilən pilotsuz uçuş aparatları almağı planlaşdırır.
Crossmedia.az xəbər verir ki, Defense News bu barədə məlumat yayıb.
ABŞ şirkətləri tender çərçivəsində təkliflərini sentyabrın 28-dək təqdim edə bilərlər. Pentaqonun tələblərinə əsasən, alınacaq PUA stels təyyarəni təqlid etməli, 1,6 Max sürətinə çata bilməli və 12 kilometrədək yüksəklikdə uça bilməlidir.
Bu tip pilotsuz sistemlərin ABŞ hərbçilərinin stels xüsusiyyətlərinə malik hava hədəflərinin aşkarlanması və onlara qarşı hazırlıq imkanlarının sınaqdan keçirilməsində istifadə olunması nəzərdə tutulur.
Məlumata görə, ABŞ Müdafiə Nazirliyi müxtəlif hərbi ssenarilərin simulyasiyası üçün real döyüş təyyarələrinin xüsusiyyətlərini təqlid edən hədəf PUA-larına ehtiyac duyur.
17:49 18.08.2026
Oxunuş sayı: 47