Kuşner-Netanyahu görüşü: Qəzzada silahsızlanma üzrə iki qrup yaradılır
ABŞ prezidentinin xüsusi nümayəndəsi Jared Kuşner İsrailin Baş naziri Benyamin Netanyahu ilə saatlarla davam edən görüş keçirib. Görüşün nəticəsi olaraq Qəzza zolağında silahsızlanma və ictimai səhiyyə məsələləri üzrə iki işçi qrupunun yaradılması barədə razılıq əldə olunub.
Crossmedia.az xəbər verir ki, “Politico” bu barədə məlumat yayıb.
Görüş Netanyahu bir həftə əvvəl ABŞ-ın HƏMAS-la razılaşdırdığı 15 maddəlik sülh planını açıq şəkildə rədd etdikdən sonra baş tutub. Plan HƏMAS-ın silahlarını təhvil verməsini və İsrail qüvvələrinin Qəzzadan çıxarılmasını nəzərdə tutur.
Kuşner bildirib ki, danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub. Onun sözlərinə görə, HƏMAS-ın yaxın 60-90 gün ərzində silah və tunellərdən könüllü şəkildə imtina etməsi İsrail üçün böyük təhlükəsizlik nailiyyəti ola bilər.
Bununla belə, tərəflərin silahsızlanma məsələsinə yanaşmaları arasında ciddi fərqlər qalır. “Board of Peace” bəyan edib ki, HƏMAS tamamilə silahsızlaşdırılana və Qəzza demilitarizasiya edilənədək İsrail Müdafiə Ordusunun bölgədən geri çəkilməsi baş verməyəcək.
Məlumata görə, görüşdə “Board of Peace” nümayəndəsi Nikollay Mladenov və Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bleyer də iştirak edib.
17:28 18.08.2026
Oxunuş sayı: 52