Moskva Londona xəbərdarlıq etdi
Rusiya Böyük Britaniyanı Ukraynanın Rusiya ərazisinə hücumlarda Britaniya istehsalı PUA-lardan istifadə etməsi ilə bağlı xəbərlərə görə xəbərdar edib.
Crossmedia.az xəbər verir ki, “The Guardian” bu barədə məlumat yayıb.
Rusiya tərəfi Londonu Ukrayna böhranını qəsdən gərginləşdirməkdə ittiham edib və Britaniyanın münaqişəyə daha dərindən cəlb olunmasının “nəticələri” olacağını bildirib.
Böyük Britaniyanın Müdafiə Nazirliyi isə Ukraynaya dəstəyin davam etdiriləcəyini açıqlayıb. Nazirlik Rusiyanın təhdidlərinin Londonun mövqeyini dəyişməyəcəyini vurğulayıb.
Məlumata görə, Ukraynanın son dövrlərdə Rusiyanın dərinliklərində həyata keçirdiyi hücumlarda Britaniya istehsalı PUA-lardan istifadə etdiyi barədə məlumatlar yayılıb. Britaniya tərəfi isə konkret PUA-ların mənşəyini təsdiqləməyib.
17:08 18.08.2026
Oxunuş sayı: 41