Moskva məhkəməsi Telegramı 3,8 milyon rubl cərimələdi
Moskvanın Taqanski Rayon Məhkəməsi “Telegram Messenger Inc.” şirkətini ümumilikdə 3,8 milyon rubl məbləğində cərimələyib.
Crossmedia.az xəbər verir ki, Moskva ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidməti bu barədə məlumat yayıb.
Məlumata görə, məhkəmə “Telegram Messenger Inc.” barəsində inzibati xəta ilə bağlı qərarlar qəbul edib və şirkətə tətbiq olunan cərimələrin ümumi məbləği 3,8 milyon rubl təşkil edib.
15:21 18.08.2026
Oxunuş sayı: 61