Kanye Uest Putinlə görüşmək istəyir
Amerikalı reper Kanye Uestin Rusiya Prezidenti Vladimir Putinlə görüşmək arzusunda olduğu açıqlanıb.
Crossmedia.az xəbər verir ki, “RIA Novosti” bu barədə məlumat yayıb.
Konsert agentliyi “Say Agency”nin sahibi və baş direktoru Anna Subçeva reperin Rusiyada keçiriləcək konsertləri ilə bağlı danışarkən Uestin Putinlə görüşmək istəyindən söz açıb.
“Onun kiminlə görüşəcəyini hələ demək çətindir, lakin cənab Uestin uzun illərdir arzusu prezidentimiz Vladimir Putinlə görüşməkdir. O, bir neçə ildir prezidentimizə rəğbətini ifadə edir”, – Subçeva bildirib.
Qeyd edək ki, Kanye Uest oktyabrın 10-u və 11-də Sankt-Peterburqdakı “Gazprom Arena”da iki konsert verəcək.
“Meduza” portalının məlumatına görə, konsertə biletlərin qiyməti 9 min rubldan 160 min rubladək dəyişir. Ən ucuz biletlərin isə artıq satıldığı bildirilir.
14:26 18.08.2026
Oxunuş sayı: 55