Milyarderlər DALAŞDI - Sən demə...
ABŞ-nin Kaliforniya ştatında milyarderlər arasında vergi siyasəti ilə bağlı fikir ayrılığı dərinləşib. Sergey Brinin rəhbərliyi ilə yaradılan və milyarderlər üçün təklif olunan sərvət vergisinin qarşısını almağı hədəfləyən fond daxilində ciddi narazılıqlar yaranıb.
Crossmedia.az xəbər verir ki, “The California Post” bu barədə məlumat yayıb.
Məlumata görə, “Google”un keçmiş baş direktoru Erik Şmidt də daxil olmaqla bəzi nüfuzlu donorlar “Building a Better California” fondunun ilkin məqsədindən uzaqlaşmasından narazıdırlar. Şmidt fonda 3 milyon dollar ianə edib.
Fondun əsas məqsədi Kaliforniyada sərvəti 1 milyard dollardan çox olan şəxslərə 5%-lik birdəfəlik vergi tətbiq edilməsini nəzərdə tutan “Proposition 40” təşəbbüsünün qarşısını almaq olub.
Lakin təşkilat sonradan digər siyasi təşəbbüslərə də böyük vəsait yönəltməyə başlayıb. Bu isə bəzi donor və məsləhətçilərdə fondun resurslarını həddindən artıq çox istiqamətə bölməsi ilə bağlı narahatlıq yaradıb.
Fond Kaliforniyanın siyasi təşəbbüsləri üçün böyük maliyyə toplayıb. İyuna qədər fondun hesabında 118 milyon dollar toplanıb. Bunun 82 milyon dollarını Sergey Brin özü verib. Daha sonra o, əlavə 20 milyon dollar ayıraraq ümumi töhfəsini 102 milyon dollara çatdırıb.
Fondun digər böyük donorları arasında vençur kapitalisti Con Doerr və Maykl Moritz də var. Doerr 10 milyon, Moritz isə 7,5 milyon dollar vəsait ayırıb.
Narazılığın əsas səbəblərindən biri də fondun ekoloji siyasətlə bağlı təşəbbüslərə maliyyə ayırmasıdır. Təşkilat “Proposition 45” təşəbbüsünə 10 milyon dollar yönəldib. Bu təşəbbüs Kaliforniyada mənzil, nəqliyyat, su və enerji layihələri üzrə ekoloji ekspertizaların sadələşdirilməsini nəzərdə tutur.
Lakin burada da milyarderlər arasında fikir ayrılığı yaranıb. Erik Şmidtin həyat yoldaşı, ekoloji xeyriyyəçi Vendi Şmidt “Proposition 45”ə qarşı kampaniyanın aparıcı simalarından biridir.
Beləliklə, Brinin rəhbərlik etdiyi fond daxilində əsas mübahisə yalnız milyarderlər vergisi ilə bağlı deyil. Donorlar arasında fondun siyasi fəaliyyətinin həddindən artıq genişlənməsi və müxtəlif təşəbbüslərə milyardlarla dollar deyil, on milyonlarla dollar yönəldilməsi ilə bağlı fikir ayrılığı yaranıb.
09:43 18.08.2026
Oxunuş sayı: 57