CROSSMEDIA - Analitik İnformasiya Portalı

Bütün xəbərlər

15:21 05.10.2026

Norveçdə bu eynəklərlə bağlı yeni qadağa hazırlanır

14

Norveç hökuməti məxfilik və insanların icazəsi olmadan görüntü və səs yazılmasının qarşısını almaq məqsədilə süni intellektlə (AI) işləyən eynəklərin müəyyən ictimai yerlərdə istifadəsinə müvəqqəti qadağa tətbiq etməyi planlaşdırır. Crossmedia.az xəbər verir ki, qadağanın parklar, çimərliklər, muzeylər, ticarət mərkəzləri və kütləvi tədbirlər kimi insanların mütəmadi toplaşdığı məkanlara şamil edilməsi nəzərdə tutulur. Bundan başqa, məktəblər, uşaq bağçaları, oyun meydançaları, istirahət klubları, eləcə də soyunub-geyinmə otaqları və duşların olduğu tibb müəssisələri və idman obyektlərinin də qadağaya daxil edilməsi mümkündür. Rəqəmsallaşma və Dövlət İdarəçiliyi naziri Torgeir Micaelsen bildirib ki, hökuməti AI eynəkləri vasitəsilə insanların xəbəri və razılığı olmadan foto, video və audio yazıların aparılması narahat edir. Hökumət müvəqqəti qadağa ilə bağlı təklifi mümkün qədər tez parlamentə təqdim etməyi planlaşdırır. Məhdudiyyətlərin əsas məqsədi daşınan texnologiyaların yaratdığı problemləri araşdırmaq və gələcəkdə bu sahədə daimi milli qaydaların hazırlanması üçün ekspert qrupuna vaxt verməkdir. Qeyd olunub ki, hökumət AI eynəklərinə və digər daşınan texnologiyalara ümumi qadağa tətbiq etməyi nəzərdə tutmur. Universitet və digər ali təhsil müəssisələrinin də məhdudiyyətlərə daxil edilib-edilməyəcəyi araşdırılacaq. Təhsil naziri Kari Nessa Nordtun isə Norveç bələdiyyələrindən məktəblərdə AI eynəklərinin istifadəsini qadağan etməyi xahiş edib.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR