20:00 19.06.2026
Azərbaycanlı general Kərki ilə bağlı konkret danışdı: Başqa yolu yoxdur
34
Ermənistanla sərhədlərin delimitasiyası prosesində masadakı ən strateji və həssas düyünlərdən biri-Naxçıvanın Kərki kəndinin taleyi yenidən regional gündəmin mərkəzindədir. İllərdir davam edən status-kvo və nəqliyyat dəhlizləri üzərindəki coğrafi basqı fonunda, Kərki ətrafındakı hüquqi və hərbi-strateji müzakirələr sadəcə iki ölkə arasındakı xətlərin müəyyənləşməsi deyil, həm də regionun yeni logistik xəritəsinin cızılması deməkdir. Masadakı hüquqi sənədlər və delimitasiya komissiyalarının addımları bu düyünün diplomatik masadamı, yoxsa sahədəki reallıqlarla bərpa olunacağını müəyyən edəcək həlledici mərhələyə qədəm qoyur.
Məsələ ilə bağlı General-leytenant Yaşar Aydəmirov Crossmedia.az-a açıqlama verib.
O, bildirib ki, bu məsələ birmənalı olaraq öz həllini tapacaq və Naxçıvanın Kərki kəndi, Qazax rayonun da üç kəndi danışıqlar yolu ilə Azərbaycana qaytarılacaq: "Bu torpaqlar Azərbaycanındır, qaytarılmasından başqa yol yoxdur".