İqtisadi

Azərbaycan Respublikasının əldə etdiyi iqtisadi uğurların davamlı və uzunmüddətli olma-sında işğaldan azad edilmiş ərazilərin təbii-iqtisadi resurs potensialı mühüm rol oynayır. İlkin hesablamalara görə, işğaldan azad edilmiş ərazilərin potensial imkanlarının təsətrrüfat dövriyyə-sinə cəlb edilməsi 2024-2050-ci illərdə 1.7% bəndi artım vəd edir. Onu da qeyd edək ki, uzun-müddətli artımın aparıcı qüvvəsi kimi qeyri-enerji sektorunda məhsuldarlığın yüksəldilməsi və insan kapitalının inkişafı çıxış edir.

Müşahidə və araşdırmalar göstərir ki, bu ərazilərdə işlər daha çox dağ-mədən sənayesi, turizm və rekreasiya, kənd təsərrüfatı və yüngül sənaye, nəqliyyat-logistika və yaşıl enerji, yerli və ənə-nəvi yaradıcı sənaye sahələrini əhatə edir. İşğaldan azad edilmiş ərazilərin ümumölkə iqtisadiy-yatına ayrı-ayrı sahələr üzrə uzunmüddətli təsirləri isə aşağıdakı kimi proqnozlaşdırılır.    


   
Bu ərazilərin bərpasından və sahələr üzrə potensial imkanların reallaşdırılmasından sonra isə, ÜDM-in formalaşmasında 3.0%, qeyri-neft sektoru üzrə ÜDM-in formalaşmasında isə 5.1% artım olacaqdır. Eyni zamanda, ərazinin Yaşıl enerji zonası elan edilməsi və bu istiqamətdə görülən işlər də bir sıra üstünlüklər vəd edir. İlk növbədə, yaşıl enerji ilə bağlı atılan addımların mühüm nəticə-lərindən biri karbon emissiyasının azaldılmasıdır ki, bu da müasir dövrün reallıqlarından və beynəlxalq tələblərdən, eləcə də “Yaşıl dünya naminə həmrəylik” ilindən irəli gələn əsas çağırışlardandır.

Ümumilikdə, 2020-ci ilin sonundan başlayaraq işğaldan azad edilən ərazilərdə ümumi gücü  35-ə yaxın KSES (kiçik su elektrik stansiyası) tikilib və ya yenidən qurulub. Nəticədə, “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmiş 2024-cü ilin 1-ci yarısından etibarən işğaldan azad edilən ərazilərdə ümumi gücü 270 MVt olan  32 ədəd su elektrik stansiyası istismar edilməkdədir ki, burada da il ərzində 600 milyon kilovatsaat-dan çox yaşıl enerji istehsal olunacaq. Bu isə 160 milyon kubmetr-dən artıq təbii qaza qənaət edilməsi, atmosferə atılan CO2 həcminin isə 330 min ton-dən çox azalması deməkdir. Nəzərə alsaq ki, hər il büdcədən ətraf mühitin sağlam-laşdırılması istiqamətində 500 min manata yaxın vəsait ayrılır, onda yuxarıfda qeyd edilənlər bu vəsaitə də qənaət imkanı yaradacaqdır. Bu isə o deməkdir ki, yaşıl enerji qaynaqlarından istifadə sənayenin və cəmiyyətin enerji təminatına öz töhfəsini verməklə yanaşı, büdcə vəsaitlərindən qənaətlə və daha səmərəli istifadəyə də kömək edə bilər.    

Bütün bunlarla yanaşı, "yaşıl enerji" layihələrinin təşəbbüskarı kimi çıxış edən Azərbaycan respublikası artıq enerji ixrac edən ölkəyə çevrilib və hazırda 4 ölkəyə elektrik enerjisi ixrac edilir. Yalnız 2023-cü ildə Türkiyə, Rusiya, Gürcüstan və İrana 2 milyard kilovat-saatdan çox elektrik enerjisi nəql olunub. İşğaldan azad edilmiş ərazilərdə inşa edilən və istifadəyə verilən enerji qovşaqları Azərbaycanın bu sahədə də gücünü artıraraq ixrac coğrafiyası və strukturunu genişləndirməyə imkan verəcəkdir.

Cross Media Analitik Qrupu

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il