Dövlət İmtahan Mərkəzi (DİM) könüllülər layihəsinə start verir.
Crossmedia.az DİM-ə istinadən xəbər verir ki, layihənin məqsədi gənclərin peşəkar vərdişlərinin formalaşmasına dəstək vermək, onları Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə yaxından tanış etmək və gələcəkdə karyera planlamasında təkan verməkdir.
Layihənin müddəti 3 aydır.
Layihədə iştirak etmək üçün 16 – 25 yaşlı, ali və ya orta ixtisas təhsili olan və ya hazırda təhsil alan Azərbaycan vətəndaşları qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat linki: https://portal.dim.gov.az/volunteer/
Layihədə iştirak etmək üçün qeydiyyat noyabrın 20-dən dekabrın 15-dək aparılacaq.