Kaliforniyada yerləşən çip istehsalçısı "Advanced Micro Devices" ("AMD") işçi heyətinin təxminən 4 faizini ixtisar edəcəyini açıqlayıb.
ABŞ mediasında yayımlanan və şirkət nümayəndəsinin açıqlamalarına əsaslanan xəbərlərə görə, "AMD" ixtisar addımı atacaq.
Xəbərlərdə "AMD" sözçüsünün "Əsas resurslarımızı ən böyük inkişaf imkanlarımızla uyğunlaşdırmaq üçün qlobal işçi sayımızı təxminən 4 faiz azaltmaq məcburiyyətindəyik" ifadəsinə yer verilib.
İxtisarlardan təxminən 1000 işçinin təsirlənəcəyi, əsasən istehlak və oyun kompüterləri sahəsindəki satış və marketinq mövqelərində olan işçiləri əhatə edəcəyi vurğulanır.
"AMD"-nin qrafik emal bölməsində "Nvidia"-dan sonra ikinci sırada olduğu qeyd olunub.
"AMD" oktyabrın sonunda açıqladığı maliyyə nəticələrində, üçüncü rübdə gəlirlərinin illik müqayisədə 18 faiz, xalis mənfəətinin isə 158 faiz artdığını bildirmişdi.
Emil Bağızadə