CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: ev sahibi

12:06 03.10.2026

Ev sahibləri və kirayəçiləri maraqlandıran mühüm qərar

44

Türkiyədə Yargıtay kirayə haqqının müəyyənləşdirilməsi ilə bağlı mühüm qərar qəbul edib. Crossmedia.az xəbər verir ki, İstanbulda 2005-ci ildən kirayədə olan iş yeri ilə bağlı mübahisədə mülk sahibi 2021-ci ildə aylıq 22 min lirə olan kirayə haqqının bazar qiymətlərindən xeyli aşağı qaldığını əsas gətirərək məbləğin 39 min lirəyə qaldırılması üçün məhkəməyə müraciət edib. Birinci instansiya məhkəməsi tərəflər arasında son müqavilənin 2018-ci ildə yeniləndiyini və həmin tarixdən 5 il keçmədiyini əsas gətirərək kirayə haqqının bazar qiymətlərinə uyğun yenidən müəyyən edilməsinin mümkün olmadığına qərar verib. İstanbul Regional Ədliyyə Məhkəməsi də bu qərarı qüvvədə saxlayıb. Lakin Yargıtayın 3-cü Hüquq Dairəsi qərarı qanuna zidd hesab edərək ləğv edib. Yargıtay bildirib ki, tərəflər arasında kirayə münasibətinin əslində 2005-ci ildə başladığı, 2018-ci ildə bağlanan müqavilənin isə yeni münasibət yaratmaqdan daha çox mövcud kirayə münasibətinin yazılı şəkildə rəsmiləşdirilməsi məqsədi daşıya biləcəyi araşdırılmalıdır. Qərarda vurğulanıb ki, yenilənmiş müqavilədə müəyyən olunan kirayə haqqının həmin dövrün bazar qiymətlərinə uyğun olub-olmadığı ekspertiza yolu ilə müəyyən edilməlidir. Əgər 2018-ci ildə müəyyən edilmiş kirayə haqqının bazar qiymətini əks etdirmədiyi aşkarlanarsa, yeni müqavilənin bağlanmasından 5 il keçməsə belə, ilkin kirayə münasibətinin başladığı tarix nəzərə alınaraq kirayə haqqı ədalət və bazar şərtləri əsasında yenidən müəyyən edilə bilər. Yargıtay bu səbəbdən iş üzrə əlavə araşdırma və ekspertiza aparılmasına qərar verib.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR